Azərbaycan qrossmeysteri Teymur Rəcəbov portuqaliyalı futbolçu Kristiano Ronaldo pərəstişkarı olmasından danışıb.
BUTA.TV bu barədə “championat.com” saytına istinadla xəbər verir.
T.Rəcəbov deyib:
“Mən Ronaldonun pərəstişkarıyam. Bir məqalə oxumuşdum, Kristiano ilə görüşən model biznesindən olan qız futbolçunun öz bədəninə necə qulluq etməsindən, hər uçuşdan sonra buzlu vanna qəbul etməsindən və “Real” komandasında məşqə hamıdan əvvəl gəlməsindən və s. danışırdı. O, super peşəkardır. O, öz idman növündə tamamilə qazandığı titullara layiq olan tarixi şəxsiyyətdir. Yüz minlərlə insan ondan nümunə götürür. Ronaldo nəyə nail olmağa örnək göstərib.
Elə təsəvvür var ki, Kristiano Ronaldonun karyerası heç də gözlənildiyi kimi başa çatmır. O, çox şeyə nail olub, lakin dünya çempionatını udmağa... Futbol – komanda oyunudur. Qətərdə Argentina yığması əla oynadı. Lakin çox şey bəxtin gətirməsindən də asılıdır. Əgər fransızlar son saniyələrdə 100 faizlik fürsət reallaşdırsaydılar, o halda biz indi deyərdik ki, Messi artıq heç vaxt dünya çempionu titulunu qazanmayacaq. Bu titulu isə Ronaldo qazana bilmir. Lakin o, idman həyatını möhtəşəm yaşayıb”.
“Obyektiv olaraq, Messi tarixdə ən böyükdür. Dünya çempionatındakı qələbədən sonra bunda şübhə yoxdur. 2022-ci il dünya çempionatına qədər mən Kristianoya üstünlük verirdim. Lakin finalda qələbədən sonra Messi hamıya hər şeyi sübut etdi”, - deyə Rəcəbov “Çempionat” saytının müxbiri Andrey Şitixinə eksklüziv müsahibəsində bildirib.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq