Bakıda Respublika Narkoloji Dispanserdə bıçaqlanma olub.
BUTA.TV xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 21.03.1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov, heç bir əsaslı səbəb olmadan 15.12.1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 01 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı