Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.
BUTA.TV xəbər verir ki, 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək qitənin ən güclüsü adını qazanıb. O, eyni zamanda, birdənqaldırma üzrə kiçik qızıl, təkanla qaldırmada kiçik bürünc medal əldə edib.
Təltifetmə mərasimindən sonra Nuray Güngör Azərbaycan bayrağına qarşı təxribata görə İrəvanda yarışmaqdan imtina etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib:
“Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda səsləndirdiyimiz üçün çox xoşbəxtik”.
Qeyd edək ki, daha əvvəl 45 kiloqram çəki dərəcəsində çempion olmuş Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər.
- Anass Derrazın cəzası azaldıldı
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi