Ukrayna ordusunun əks-hücumu üçün hava da daxil olmaqla, bütün şərait yaxşı olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Döyüşçülərimizin əks-hücum əməliyyatlarına başlaması üçün 1.5 ay vaxt lazımdır. Amma bunun üçün də hava şəraiti yaxşı olmalıdır ki, yollar 70 ton və daha ağır çəkisi olan NATO tanklarına tab gətirə bilsin. Bu müddət ərzində də rusların irəliləyişinin qarşısını almaq və onlara canlı qüvvə və texnika itkisi vermək üçün şərqdə müdafiə əməliyyatlarını bitirmək lazımdır”, - Romanenko bildirib.
Generalın sözlərinə görə, ruslar Ukraynanın əks-hücumuna hazırlaşır, istehkamlar qurur, əraziləri minalayırlar:
“Putin bu istiqamətlərdə oldu. Bu da onu göstərir ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi ən azından onları öyrənir. Onlar öz ehtiyat qüvvələrini hazırlayırlar”.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı