Ötən gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə söhbət sərt tonda keçib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Dünən onları Xarici İşlər Nazirliyinə çağırıblar, hər şeyi başa salıblar. Söhbət sərt tonda keçib”, - o bildirib.
Qeyd edək ki, səfirlər Rusiya XİN-ə “Vladimir Kara-Murzaya hökm oxunduqdan sonra qəbuledilməz bəyanatlarla” bağlı çağırılıblar. Belə ki, Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə və Rusiya ordusunu nüfuzdan salmaqda ittiham edərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 25 il müddətinə məhkum edib. Rusiya isə xarici diplomatların şərhlərini Rusiyanın işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı