Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən məlumata əsasən, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 və 1 ədəd M-26 əl qumbarası olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
- Anass Derrazın cəzası azaldıldı
- Əli günlərlə komada qaldı, atasını xərçəngdən itirdin - “Tək bacardın, Aytən”+Video
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu