Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.
BUTA.TV Yenipress.az-a istinadən xəbər verir ki, səfər zamanı onlar "Azerbaijan Fish Farm"a gedərək, oradakı hazır məhsullara baxıblar.
Mehriban xanımın sözügedən zavoddan lentə aldığı görüntülərdə bəzi məqamlar xüsusi diqqət çəkib.
Belə ki, Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov zavoddakı balıqları təqdim edərkən, nərə cinsli olmayan balığı yanlış olaraq “nərə cinsli” adlandırıb. Bu, prezidentin diqqətindən yayınmayıb. İlham Əliyev dərhal onun bu səhvinə düzəliş edərək, göstərilən balığın nərə cinsli olmadığını bildirib.
İcra başçısının digər səhvi isə nərəkimilərin növlərindən olan albinosa "alfinos” deməsi olub. Prezident onun bu səhvini də dərhal düzəldib.
Həmin görüntüləri təqdim edirik:
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı
- Günlərlə komada qaldı, atasını xərçəngdən itirdi - “Tək bacardın, Aytən”+Video
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video