Türkiyədə keçiriləcək seçkilərin nəticəsi dünyanın gedişatına təsir edəcək.
BUTA.TV xəbər verir ki, bunu alman siyasətçi Kristofer Hörstel Türkiyə mediasına açıqlamasında deyib.
“2023-cü ildə bir çox ölkədə seçkilər olacaq. Ancaq Türkiyədəki seçkilərin nəticələri dünya və Avropa üçün çox əhəmiyyətlidir. Ərdoğan çox güclü liderdir. Türkiyə Ərdoğan kimi bir liderə sahib olduğu üçün xoşbəxt olmalıdır. Onun hakimiyyəti dövründə ölkə böyük inkişaf yaşadı. Türkiyənin son 20 ilinə baxdıqda, daha azad, müstəqil, suveren olduğunu və gücləndiyini görürük”, - alman siyasətçi deyib.
Hörstel eyni zamanda vurğulayıb ki, əgər Kılıçdaroğlu seçkidə qalib gələrsə, təhlükəsizliklə bağlı çox böyük problemlər üzə çıxacaq.
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı