Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir.
Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı