Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib.
Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində köhnə ağaclar aşaraq magistral yola düşmüşdü. Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı