Separatçıların Rusiya sülhməramlılarının və İrəvanın dəstəyi ilə Ermənistandan Qarabağa yeni keçid yollarının axtarışı cəhdləri gözlənilən idi. Bu, xarici aləmlə bağlantısı Azərbaycanın nəzarətinə keçən separatçılar üçün ölüm-qalım məsələsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Müdafiə Nazirliyi yeni keçid cəhdindən məlumatlıdırsa, bu çıxışları da nəzarətə götürmək istiqamətində addımın atılacağı şübhəsizdir:
“Lakin bu addımlar da problemin həll yolu deyil. Azərbaycan keçidləri bağladıqca, separatçılar yenisini tapacaq. Məsələnin birdəfəlik həlli Ermənistanla sərhədin tamamilə nəzarətə götürülməsi və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından keçir”.
Qeyd edək ki, ötən gün rus sülhməramlılarının müşayiəti ilə Xankəndiyə silah daşındığı qeydə alınıb.
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı