Ermənilər Azərbaycan ərazisindəki qədim Alban məbədlərinə yiyələnmək arzusundan əl çəkmirlər.
BUTA.TV xəbər verir ki, erməni mediası Xocavənd rayonundakı Amaras məbədində təmir-bərpa işlərinin davam etdiyini bildirib.
“Luys” fondunun maliyələşdirdiyi və 2019-cu ildə başlayan təmirin hazırkı, “üçüncü mərhələsi”ndə monastıra bitişik binalar bərpa edilir.
Qeyd edək ki, ermənilər “təmir-bərpa” adı ilə uzun onillər Alban məbədlərini “erməni kilsəsinə” çevirib, məbədlərə “qədim erməni çalarları” qataraq, dünyaya təqdim ediblər.
Hazırkı “bərpa” prosesində də Amaras məbədini erməniləşdirməyə çalışdıqları şübhəsizdir.
Xatırladaq ki, məbəd rus sülhməramlıların məsuliyyət zonasında yerləşir.
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı