Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir valisi Yavuz Səlim Köşgər ilə görüşüb.
BUTA.TV xəbər verir ki, İzmirə öncəki səfərlərini xatırladan Q.Paşayeva 44 günlük müharibədəki Zəfərdən sonra İzmirə ilk gəlişi olduğunu bildirib və tarixi Zəfəri Azərbaycan-Türkiyə qardaşlığının böyük təntənəsi adlandırıb.
Q.Paşayeva İzmirdə Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında təşkil olunmuş tədbirlərdən danışıb, İzmir valiliyinin 44 günlük müharibə vaxtı verdiyi mənəvi dəstəyə görə təşəkkür edib.
Q.Paşayeva İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsi ilə, ümumən İzmirdə işləyən, taleyini İzmirə bağlayan həmvətənlərimizə diqqət-qayğısına görə valiyə, onun timsalında bütün izmirlilərə minnətdarlığını yetirib:
“Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövləti və qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi əvəzsiz mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi gücümüzə güc qatdı”.
Bu dəstəyi əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən böyük hadisə kimi şərh edən Q.Paşayeva hər bir aydının, gəncin, ümumən vətəndaşlarımızın bu hadisəni öz həyat və fəaliyyətində örnək almalı olduğunu söyləyib.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvana uçan təyyarələr havaya görə geri qayıtdı