Böyük Britaniyanın Lester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündə yarım saat müntəzəm olaraq sürətli gəzintilər insan ömrünü 16 il uzadır.
Onlar bu qənaətə “UK Biobank” tərəfindən toplanmış 400 mindən çox iştirakçı haqqında məlumatların təhlilindən sonra gəliblər.
Məlum olub ki, müntəzəm gəzməyə üstünlük verənlər 16 il daha çox yaşayırlar. Tədqiqatçıların fikrincə, sürətli yerimək vərdişi telomerlərin uzunluğunu artıra bilər. Telomerlər xromosomların uclarında yerləşir və bədənin qocalma sürəti onların uzunluğundan asılıdır. Beləliklə, onlar nə qədər uzun olsalar, bioloji yaş bir o qədər aşağı olur və ya əksinə. Bundan əlavə, müntəzəm gəzinti fiziki, zehni və sosial faydalar da verə bilər.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi