Ermənistana girişi qadağan edilən bədnam Putin təbliğatçısı Marqarita Simonyan yenidən media məkanında peyda olub. Erməni soyadlı, lakin rus imperiya təfəkkürlü bu xanım ölkəmizin Baş nazirini satqın adlandırıb. 44 günlük müharibə zamanı nə Marqonu, nə də onun əri Tiqran Keosayanı döyüş meydanlarında gördük. İndi sən erməni dövlətlərinin müdafiəçisi donunu geyinirsən, amma o zaman Ermənistan və Qarabağın yanında belə deyildin.
BUTA.TV xəbər verir ki, bunu erməni analitik Tevos Arşakyan deyib.
“Yeri gəlmişkən, Marqo Paşinyanı satqın hesab edirsə, o zaman sevimli Köçəryanı və Sərkisyanı kim hesab edir? Şübhəsiz ki, qəhrəman. Bu başadüşüləndir, çünki Rob və Serjik Ermənistanı sağdan və soldan Rusiyaya verib, onu az qala Kremlin koloniyasına çevirib. Bəs niyə onda dilini bir yerə yapışdırıb susurdun? İndi isə hazırki Ermənistan hakimiyyəti ölkəni rus yaxasından qurtarmağa çalışanda birdən-birə dirildin”, - o bildirib.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi