6 fevral zəlzələrinin ardı kəsilməyib, burada daha bir zəlzələ ola bilər, lakin böyük maqnitudada deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri türkiyəli professor Naci Görür amerikalı alimlərin Türkiyədə növbəti dağıdıcı zəlzələ ilə bağlı proqnozlarını şərh edərkən deyib.
“Elazığdan Hataya qədər qırılma xəttində kiçik-orta ölçüdə zəlzələlər ola bilər. Lakin DAF/ÖLÜ DƏNİZ xətti üzərində uzun dönəmdə böyük zəlzələ ola bilməz”, - deyə N.Görür bildirib.
Professor zəlzələ proqnozları ilə bağlı yanlış məlumatlar paylaşmamağı da vətəndaşlardan xahiş edib:
“Sanki geoloq olacaqmış kimi müzakirələr aparırsınız. Bu yanaşmanı kənara qoyun. Zəlzələyə davamlı şəhərlər tələb edin, bu yolla millətimizə daha mənalı xidmət etmiş olarsınız”.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...