Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
BUTA.TV xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i, noyabrın 26-sı və 2022-ci il oktyabrın 31-i tarixlərində əldə olunan razılıqlara uyğun olaraq Bakı ilə İrəvan arasında normallaşma prosesinin gedişatını müzakirə ediblər.
Məlumata görə, M.Qaluzin və A.Mirzoyan regional və ikitərəfli məsələlərə də toxunublar.
Rusiyalı diplomat Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla da məsləhətləşmələr aparıb.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...