Tərtər rayonunda mina partlayışı zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, aprelin 26-da rayonun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi qeydə alınıb.
Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Tarıyel oğlu Babaşov xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.
“Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır”, - məlumatda qeyd olunub.
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu