İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən BUTA.TV-a verilən məlumata görə, sənədi STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus”un Baş direktoru Zoltan Tanko imzalayıb.
Memorandum “İkarus” avtobuslarının Azərbaycanda istehsalına başlanılması, ilkin olaraq ildə 100 ədəd avtobus istehsal olunması, tədricən bu rəqəmin 500 ədədə çatdırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri əhatə edir.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi