Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması mənasız hərəkət idi. Aram Nikolyanın kabinetində 10 ədəd Azərbaycan bayrağı var, amma açılış mərasimində nə isə etməyə çalışır. Bu, utanvericidir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ağır atletika komandasının baş məşqçisi Paşik Alaverdiyan deyib.
“Növbəti il bu yarışma üçün Antalyaya gedəcəyik, bizə qarşı münasibətin necə olacağını təsəvvür edirsiniz. Tiqran Martirosyan Antalyada dünya çempionu olanda bayrağımızı dalğalandırıb “Ha-yas-tan” deyə qışqırırdıq, amma bizə heç kim heç nə demirdi. Ona görə də bayraq yandırılması tamamilə mənasız davranış idi”, – o qeyd edib.
P.Alaverdiyan bu gedişlə 2024-cü ildə ağır atletika üzrə dünya çempionatının İrəvanda keçirilməsi məsələsinin sual altına düşdüyünü bildirib.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi