2023-cü ilin əvvəlindən ən zəngin rusiyalı milyarderlərin ümumi sərvəti 16,35 milyard dollar artıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat “Blumberq Milyarderlər İndeksi”nin (Bloomberg Billionaires Index) yeni reytinqində əks olunub.
Ümumilikdə reytinqdə 500 nəfər var ki, onların da 22-si Rusiya vətəndaşıdır. 22 Rusiya vətəndaşının ümumi sərvəti 279,88 milyard dollar təşkil edib.
2023-cü ildə Rusiya milyarderləri içərisində ən çox gəlir əldə edən şəxs “Lukoyl”un sahiblərindən olan Vahid Ələkbərovdur. O, sərvətini 3,7 milyard artıraraq, 19,1 milyarda çatdırıb.
“Nornikel”in sahibi Vladimir Potanın isə 2023-cü ilin 4 ayı ərzində 448 milyon dollar qazanıb və sərvətini 29 milyarda çatdırıb.
27,7 milyard kapitala malik “Novatek” təbii qaz şirkətinin şəriki Leonid Mixelson 4 ayda 3,09 milyard qazanıb.
NLMK polad emalının benefisiarı Vladimir Lisin isə 1,74 milyad qazanıb və kapitalını 21,6 milyarda çatdırıb.
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?