Fransada 1 May nümayişlərində 782 minə yaxın insan artıq qəbul edilmiş pensiya islahatına etiraz edib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis bildirib ki, təkcə ölkənin paytaxtı Paris şəhərində 112 min nəfər küçələrə çıxıb. Lakin Ümumi Həmkarlar İttifaqları ölkə üzrə isə təxminən 2,3 milyon insanın nümayişlərdə iştirak etdiyi bildirib.
Parisdə keçirilən aksiya polislə toqquşmaya çevrilib. Ölkə üzrə nümayişlərin qarşısını almaq üçün 12 min, Parisdə isə 5 mindən 8 minə qədər polis səfərbər edilib.
Etiraz aksiyaları zamanı azı 108 polis əməkdaşı yaralanıb, 291 nəfər saxlanılıb.
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?