Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.
Klub prezidenti Əhməd Nur Çebinin xüsusi məsləhətçisi Ərdal Cömərd də xəbəri təsdiqləyib:
"Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyri matçı üçün Bakıda gəlməyi planlaşdırır.
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- Zakir Həsənov Asim Munirə başsağlığı verdi
- İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac azaldacaq?
- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Helikopter qəzasında ölənlərdən biri də odur - Konsert üçün gedibmiş
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi