Mahirin oyununu hələ "Qarabağ"da çıxış edərkən izləmişdim, istedadlı futbolçudur.
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş azərbaycanlı futbolçuların qardaş ölkədə legioner həyatı yaşaması barədə danışarkən deyib.
71 yaşlı mütəxəssis daha əvvəl Rəşad Sadıqovun da Türkiyədə oynadığını xatırladıb:
"Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma indi elə deyil".
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı