"Sabah" klubuna və Azərbaycan xalqına təşəkkür edirik.
BUTA.TV xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Bakıda "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında bildirib.
"Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Bir daha təşəkkür edirəm. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Türkiyə Super Kuboku və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram", - Ş.Günəş qeyd edib.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü