Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha bir oyun keçirilib.
BUTA.TV xəbər verir ki, “Qəbələ” klubu “Turan Tovuz”u qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qəbələ”nin heyətində Rafael Utziq, rəqib komandadan isə Sadiq Quliyev və Xulu Siyanda fərqləniblər.
Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz təmsilçisi isə 38 xalla altıncı pillədə qərarlaşıb.
Hazırda “Səbail” - “Qarabağ” oyunu keçirilir. Əgər bu qarşılaşmada qonaqlar qalib gəlsə, növbəti dəfə Azərbaycan çempionu olacaqlar.
Qeyd edək ki, turun açılış oyununda “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə edib. “Neftçi” - “Şamaxı” qarşılaşması ayın 14-də, “Sumqayıt” - “Sabah” matçı isə mayın 17-də keçiriləcək.
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü