Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 28 nəfər sağalıb, 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 648 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 279 nəfər müalicə olunaraq sağalıb, hazırda 101 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 339, bu günə qədər isə ümumilikdə 7 603 622 test icra olunub.
- "Bakcell" bu tədbirin əsas tərəfdaşı oldu
- Xanımının vəfatından sonra ölkədən getmişdi - 94 yaşını xəstəxanada qeyd edir
- Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
- Lənkəranda regional müşavirə keçirildi - Foto
- İntensiv yağış yağacaq – Xəbərdarlıq
- Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb
- Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar
- Tovuzda gənc oğlan çayda batdı