Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Bayraq, Gerb və Himn Günü ilə bağlı keçirilən bayram tədbirində iştirak etməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Belarus prezidentinin saytında Lukaşenkonun təbrik çıxışı yayımlanıb. Mərasimdə onun təbrik mətnini Baş nazir Roman Qolovçenko oxuyub.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılıb. Dünən onun Respublika Kliniki Tibbi Mərkəzinə aparıldığı bildirilmişdi.
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi