Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olan “Qarabağ” ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edəcək.
BUTA.TV xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun 9 potensial rəqibi məlumdur.
Ümumilikdə ÇL-in ilkin mərhələsində və I təsnifat mərhələsində yarışacaq 25 komanda müəyyənləşib. Onların üçü ilkin mərhələdən başlayacaq. Monteneqro çempionu da bu komandalara qoşulacaq və siyahı tamamlanacaq.
I təsnifat mərhələsində isə 22 kollektivin iştirakı dəqiqləşib. Onlardan 10-u güclülərin yer aldığı səpələnmişlər səbətinə düşüb. “Qarabağ” da bu komandalardandır. Ümumiyyətlə, Ağdam klubu reytinqinə görə yalnız Macarıstan “Ferentsvaroş”undan geri qalır və səbətin ikincisidir. “Atlılar” mərhələ keçəcəyi təqdirdə yenidən güclülər sırasında yer alacaqlar.
I mərhələdə 9 komandanın zəiflərin yer aldığı səpələnməmişlər səbətinə düşdüyü dəqiqləşib. Bunlar “Qarabağ”ın birbaşa potensial rəqibləridir. Onlara ilkin mərhələnin qalibi qoşulacaq.
Daha üç komandanın səbəti hələlik müəyyənləşməyib.
Çempionlar Liqası
İlkin mərhələ
Səpələnmişlər: “Breydablik” (İslandiya), Monteneqro çempionu
Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Atletik d'Ekaldes” (Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Bratislava, Slovakiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels)
Səpələnməmişlər: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Haken” (İsveç), “Valmieras” (Latviya), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq) “Struqa” (Şimali Makedoniya)
Qeyri-müəyyənlər: “Olimpiya” (Sloveniya), “Jrinski” (Bosniya və Herseqovina), “Linkoln” (Cəbəllütariq)
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...