Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasiminə qatılıb.
BUTA.TV xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotoşəkillər nümayiş olunub.
Mərasimi açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.
Tədbirdə çıxış edən Sahibə Qafarova Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi yazdırmış, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu bildirib.
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi