Yürüşlə bağlı təşkilati işlərimiz yaxşı gedir. Şəhərlərin bəzilərində daha güclü hərəkətlənmə var.
Bu sözləri BUTA.TV-a mayın 20-də Berlində keçiriləcək “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyasının koordinatoru, tanınmış siyasətçi Mahmud Bilgin deyib.
Hazırlıqların yekunlaşdığını deyən Bilgin Berlin yürüşünə Brüsseldəkindən daha çox iştirakçının qatılacağını bildirib:
“Berlindən savayı, hətta Avropanın başqa yerlərindən aksiyamıza qoşulmaq istəyənlər var. Budəfəki yürüşə qatılanların sayı Brüsseldə olduğundan üç qat artıq olacaq. Təşkilati məsələlərimizdə problem yoxdur. Yaxın zamanlarda mətbuat konfransı keçirtmək fikrimiz var. Yeri və zamanı dəqiqləşdirilir”.
Mahmud Bilgin yürüşlə bağlı təhlükəsizlik komitəsinin yaradılmasına da diqqət çəkib:
“Təhlükəsizlik məsələsi əvvəlki yürüşdə var idi, lakin bu dəfə daha geniş yer vermək qərarına gəldik. Bizi sevməyən bəzi qüvvələr Berlində təxribata əl ata bilər. Hesab edirik ki, şovinistlər və pəhləvilər tərəfindən müəyyən addımlar atılması mümkündür. Odur ki, özəl bir qurup yaratdıq. Hər ehtimal, hazırlıqlı olmaq lazımdır”.
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi