Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədər olaraq Azərbaycandakı qardaş ölkənin vətəndaşları üçün səsvermə prosesinin təşkil ediləcəyi tarix məlum olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, səsvermə prosesi 20-23 mayda olacaq.
3 gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş Konsulluğunun binasında təşkil olunacaq.
Məlumata görə, seçkilərdə ümumilikdə 6600-dən çox seçici iştirak edəcək.
Qeyd edək ki, ümumiyyətlə xarici ölkələrdə səsvermə prosesi 20-24 may tarixlərində keçiriləcək.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də baş tutacaq. Prezidentliyə iki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?