Güney Azərbaycanın müxtəlif şəhərlərində 22 May (1 xordad) hadisələrinin 17-ci ildönümü münasibətilə çağırışlar edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb.
Məlumata görə, Təbrizin Abrəsan, Elgölü, Rəşidiyyə, Müəllim və başqa bölgələrində çoxsaylı çağırış vərəqələri, bəyanat paylanıb.
“Güney Azıərbaycan qadınları kişilərə nisbətdə ikiqat zülm və ayrı-seçkiliyə məruz qalırlar. Bunu aradan qaldırmaq üçün 1 xordad (22 may) tarixində əl-ələ zülm və irticaya qarşı səsimizi qaldıraq”, - bəyanatda bildirilir.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Bəyanatda azərbaycanlıların müxtəlif sahələrdə mərkəzi hakimiyyətin irqçı və ayrı-seçkilik siyasətindən əziyyət çəkdikləri, siyasi, iqtisadi, ekoloji və s. sahələrdə zülmə uğradıqları qeyd olunaraq, bütün təbəqələrdən olan insanların 22 mayda keçiriləcək aksiyada iştirak etməsi istənilib.
Xatırladaq ki, 2006-cı ilin may ayında rejimin xəbər agentliyi olan İran qəzetində İslam Respublikasında yaşayan azərbaycanlılar "böcək" adlandırılaraq təhqir edilib. Tehran Universitetlərində təhsil alan azərbaycanlı tələbələr buna etiraz edib, dərsləri dayandırıb. Ardınca Güney Azərbaycanın müxtəlif şəhərlərində nümayişlər başlayıb və hökumət qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya göstərilib. Mayın 22-də isə Təbriz şəhərində bir neçə yüz minlik etiraz aksiyası keçirilib. Nümayişin möhtəşəmliyinə görə ümumi etiraz aksiyaları 22 May kimi tarixə düşüb. Rəsmi məlumatlarda nümayişlər zamanı 4 nəfərin öldürüldüyü bildirilsə də, qeyri-rəsmi məlumatlarda öldürülən şəxslərin onlarla olduğu, 5 minə yaxın şəxsin həbs edildiyi qeyd edilib.
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransa Seneqala qarşı - Start heyətlər
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı
- Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
- Azərbaycanda vəzifəli şəxs cərimələndi
- “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib