Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
BUTA.TV AzPolitika.info-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün onu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
R.Rzayevin vəkili Səlahəddin Cəfərov açıqlamasında bildirib ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
Vəkil məhkəmənin qərarını əsassız və ədalətsiz adlandırıb. “Bu qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcəyik”, - S.Cəfərov əlavə edib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Xatırladaq ki, Rza Rzayev 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.
Belə ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.
Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video
- Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
- Bəzi ərazilərdə qaz olmayacaq
- Azərbaycanda bu, ilk dəfə yaradılacaq
- Fransızlar önə keçdi - Video-Yenilənir
- Nazir açıqladı: Minimal əkin sahəsi 5 hektar olmalıdır!
- Nöqsana görə qovulan direktor şikayət etdi, rədd cavabı aldı
- Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra ağlatdı