Azərbaycan Dillər Universitetində Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüş keçirilib.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir.
“Biz çox şadıq ki, sizi universitetimizdə qonaq qismində qarşılayırıq. Bizim Macar həmkarlarımızla sıx əlaqələrimiz var. İstərdik ki, elmi və mədəni əlaqələrimiz daha da inkişaf etsin. Bu əlaqələr müəllim və tələbə mübadiləsi çərçivəsində də baş tuta bilər. Beləliklə, tərəfdaşlıq və dostluq münasibətlərimizdə yeni səhifə açılmış olar”, - rektor deyib.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən qonaq Azərbaycan və Macarsıtan arasında mövcud olan siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal əməkdaşlıqdan söz açıb.
Qeyd olunub ki, Macarıstanda ali təhsil müəssisələrinin idarəetməsində yeni yanaşmalar tətbiq olunur. Belə ki, universitetləri müəyyən fondlar idarə edir. Bu da hər hansı bir məsələ ilə bağlı daha operativ və adekvat addımların atılması üçün əlverişli imkanların olmasına şərait yaradır:
“Macarıstanın Keçkemik şəhərində fəaliyyət göstərən universitetlə əməkdaşlıq əlaqələrinin qurulması üçün uyğun imkanlar mövcuddur. Mənim həmin universitetlə əlaqələrim var. Biz bu əlaqələrin vermiş olduğu fürsətlərdən istifadə edib, elmi əməkdaşlığımızı daha da genişləndirə bilərik”.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonağın fikirlərini yüksək qiymətləndirib və elmi əməkdaşlığın perspektivlərini önə çəkib. Qeyd olunub ki, ADU-da Macar dili və mədəniyyətini tədqiq edən mərkəz bu istiqamətdə önəmli rol oynaya bilər.
Daha sonra qonaqlar ADU-nun Macar dili və mədəniyyəti mərkəzi ilə tanış olub, tələbələrlə görüşüblər. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev