Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib.
Bu barədə BUTA.TV-a Fövqəladə hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, tüstü dolmuş binadan sakinlərin təxliyəsi həyata keçirilib.
Yanğın nəticəsində doqquzmərtəbəli binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 4p.m. giriş-çıxış kabeli yanıb.
Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təxliyə edilib.
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar
- Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...