Moskvada görüş cümə axşamı (25 may – red.) baş tutacaq və mən buna qədər sülh müqaviləsinin imzalanmasının real olduğunu düşünmürəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əgər kommunikasiyaların açılması ilə bağlı ortaq məxrəcə gələ bilsək... - yanaşmalarımızı, prinsiplərimizi bilirsiniz - bunu istisna edə bilmərəm. Mən dedim ki, vəzifəmiz danışıqları tez bir zamanda başa çatdırmaq və sülh müqaviləsi imzalamaqdır. Hər halda, komandamız çox çalışır.
Vaşinqtondan əvvəl biz öz dəyişikliklərimizi yenidən Azərbaycan tərəfinə təqdim etmişik. Səhv etmirəmsə, bunlar dördüncü redaktədir. İndi biz mahiyyət etibarı ilə onların reaksiyasını gözləyirik, ümid edirik ki, bu, Vaşinqtonda aparılan müzakirələri, anlaşmanı, razılaşmaları, anlaşmada əldə edilən irəliləyişi əks etdirəcək”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycanın cavabını almayıblar, buna baxmayaraq, güzəşt məntiqi ilə yanaşmaları məqbul sayırlar.
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar