Priqojinin Rusiya hərbi rəhbərliyi ilə münaqişəsi səbəbindən vaqnerçilərin şəhəri tərk etməsinə icazə verilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.
"Uğurlu əks-hücumlar həyata keçiririk, uğurumuz var, onu Baxmutun şimalında və cənubunda falankslarda inkişaf etdiririk. Baxmutun Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq mühasirəyə alınması təhlükəsi var.Priqojinin ordusunun qalıqlarını geri çəkməyə niyə bu qədər tələsməsinin izahı buradadır", - O.Jdanov söyləyib.
Qeyd edək ki, "Vaqner" rəhbəri Yevgeni Priqojin mayın 25-də tabeliyində olan döyüşçülərin Baxmutu tərk edəcəyini bildirib.
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir