Bu bəyanatlar öz siyasi gələcəklərini formalaşdırmaq üçün vacibdir.
BUTA.TV xəbər verir ki, bunu “Sonar” araşdırma şirkətinin rəhbəri Hakan Bayraqçı keçmiş prezidentliyə namizəd Sinan Oğan və Zəfər Partiyasının sədri Ümid Özdağın qərarları ilə bağlı danışarkən deyib.
“Ümid bəy tərəfsiz qalsa, onu və partiyasını uğurlu gələcək gözləyir. Sinan Oğanın yığdığı 5,17% səsin 4.1%-i yüksək ehtimalla Rəcəb Tayyib Ərdoğana gedəcək. Heç bir izahat bu bölgünü çox dəyişdirməz. Açıqlamalar yalnız onların siyasi gələcəyində tutacaqları mövqe üçün vacibdir”, - Bayraqçı bildirib.
Qeyd edək ki, ötən gün ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
ATA İttifaqının əsas aparıcı partiyası olan Zəfər Partiyasının başqanı Ümid Özdağ isə seçimini bu gün edəcək. Onun Millət İttifaqını (Kamal Kılıçdaroğlu) dəstəkləyəcəyi ehtimal edilir.
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir