Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli BUTA.TV-a bildirib ki, bəzi insanlar müxtəlif formalarda avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntularının, avtoxuliqanlıq əməllərinin video materiallarını müxtəlif sosial şəbəkə platformalarında yerləşdirməklə paylaşımlar edirlər, cəmiyyətdə çaşqınlıqlar yaradırlar:
“Təəssüf hissi ilə bildiririk ki, onlar əks-təbliğat işləri aparmaqla qanunsuz hərəkətləri bilərəkdən və ya məsuliyyətini düzgün formada dərk etmədən, xüsusən də gənc nəsilə neqativ hərəkətləri nümunə kimi təqdim edirlər. Həmin şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək və ya əldə edərək onları dırnaq arası “qəhrəmanlıq” kimi təqdim etməklə cəmiyyətdə yalnış hərəkətləri aşıladıqlarını unutmamlıdırlar.
Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanununun aliliyi prinsipinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyyə edirik.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
Cəmiyyətimiz üçün yersiz aqressiya və hüquqpozama hərəkətlərinin təbliğatını aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən blogerə, cəmiyyətdə nüfuz sahibi olan, həmçinin ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarımızdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik”.
“Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara və qaydalara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!”, - DYP rəsmisi vurğulayıb.
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video
- Messi şou göstərdi, Argentina darmadağına sevindi - Yenilənir - Video
- “Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
- Evdən işləmək: Azadlıq, yoxsa tələ?
- Azərbaycan əsgərinin bu görüntüsü trend oldu - Video