Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarına müraciət edib.
Fonddan BUTA.TV-a bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, iyulun 18-dək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
“Günay Bank” ASC-nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941
- Şükürbəyli kəndinə daha 45 ailə yola salındı
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- DÇ tarixində ən yaşlı “het-trik” edən oyunçu oldu - Ronaldonun rekordunu qırdı
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video