Qardaş Azərbaycanı kimsə xəritədən çıxara bilməz.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbul 1-ci Bölgə millət vəkili Murat Kurum "Zübeyde Hanım Hizmet İçi Eğitim Merkezi"nin konfrans mərkəzində Qars, Ərdahan və İğdırdan olan türk vətəndaşlarla görüş zamanı deyib.
O qeyd edib ki, can Azərbaycan, qardaş Azərbaycan Qəhrəmanmaraşda zəlzələ bölgəsində xilasetmə briqadası, sosial təsisləri ilə qardaş ölkələri olan Türkiyənin yanında oldu.
"Mən buradan cənab Prezident İlham Əliyevə, dost və qardaş Azərbaycan xalqına çox təşəkkür edirəm, Allah onlardan razı olsun deyirəm. Amma biriləri yeni bir xəritə ilə gəlirlər, o xəritədən Azərbaycanımızı çıxardırlar, o yolu Azərbaycan üzərindən deyil də, başqa ölkələr üzərindən keçirməyə çalışırlar. Buna bu ölkə imkan verməz, 85 milyon imkan verməz. Biz hər zaman yaxşı gündə də, pis gündə də azərbaycanlı qardaşlarımızın yanında olduq və İnşAllah sonsuza qədər azərbaycanlı qardaşlarımızla birlikdə yol yürüməyə davam edəcəyik”, - deyə nazir əlavə edib.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib
- Şükürbəyli kəndinə daha 45 ailə yola salındı
- Çayda batan gəncin meyiti tapıldı
- Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Bu 2-ci dəfədir...
- Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
- ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
- Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…
- DÇ tarixində ən yaşlı “het-trik” edən oyunçu oldu - Ronaldonun rekordunu qırdı
- Mikrofon açıq qaldı, Tramp barədə söhbətləri ifşa oldu - Video