İranda həbsdə olan azərbaycanlı fəal azadlığa çıxdı

12:42 - 26 Avqust 2023 - GÜNDƏM

 İranda həbsdə olan azərbaycanlı fəal azadlığa çıxdı

Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.

BUTA.TV xəbər verir ki, milli fəal “ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək”də ittiham olunub.

Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol