Azərbaycanda itkin düşən alimlərin axtarışına başlanıldı

22:26 - 29 Avqust 2023 - GÜNDƏM

 Azərbaycanda itkin düşən alimlərin axtarışına başlanıldı

Bu gün alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

BUTA.TV-ın Konkret.az-a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirir ki, hazırda itkin düşən alimlərə doğru axtarış heyəti hərəkət edir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Şahdağ” Milli Parkının üç əməkdaşı və ərazini tanıyan bələdçilərlə FHN-in əməkdaşları koordinasiyalı şəkildə alimlərin təxliyyəsini həyata keçirmək üçün səfərbər olunub. Bu gün Elnur Nəciyevin özü 112 qaynar xətti ilə əlaqə saxlayıb. Sadəcə dağlıq ərazi olduğuna görə şəbəkə tez-tez itir və ola bilər ki, telefonunun batareyası qurtardığına görə günorta saatlarından bəri onlarla əlaqə kəsilib. Amma əsas odur ki, alimlər sağ-salamatdır”.

Məsələ ilə bağlı ETSN-in Daxili nəzarət şöbəsinin rəisi Cəlair Səmədov isə bildirib ki, İxtisaslı əməkdaşlar həmin koordinat üzrə hərəkətə başlayıb. Yəni alimlərin təxliyyəsi istiqamətində proses gedir.

Bu xəbər hal-hazırda çox oxunur
Mübariz Mənsimov barəsində istintaq başladıldı

Qeyd edək ki, itkin düşən alimlər sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə onlarla əlaqə kəsilib.

Xatırladaq ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol