Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.
- Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi
- Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”
- Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
- Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
- AMEA-da yeni təyinatlar oldu
- Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar
- Nəsimi Nəbizadənin qardaşı həbs olundu
- Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma