"Abşeron" yatağı üzrə növbəti mərhələ müzakirə edildi

18:36 - 31 Avqust 2023 - GÜNDƏM

Azərbaycan və Fransanın “TotalEnergies” şirkəti arasında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı layihəsinin növbəti mərhələsi “Faza-1” üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparıb.

BUTA.TV-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Görüşdə “Abşeron” yatağının yüksək hasilat göstəriciləri ilə istismara verilməsi və “TotalEnergies” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində “Abşeron”un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu vurğulanıb.

Söhbət zamanı “TotalEnergies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib. Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol