Almaniya Rusiyadan bu məhsulun idxalını 334% artırdı

18:46 - 31 Avqust 2023 - GÜNDƏM

 Almaniya Rusiyadan bu məhsulun idxalını 334% artırdı

Almaniya mövsüm ərzində Rusiyadan azot gübrələrinin idxalını 334% artırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti Almaniya Kənd Təsərrüfatı Sənayesi Assosiasiyasına istinadən məlumat yayıb.

“Kimyəvi maddələrin yerli istehsalı keçən il çox bahalaşıb və hələ də ucuzlaşmır. Bu, Rusiyanın Almaniya və AB-yə daha çox məhsul ixrac etməsi üçün yaxşı səbəbdir. Çünki qida və gübrə AB sanksiyalarına daxil deyil”, - məlumatda deyilir.

Qeyd olunur ki, ötən mövsümdə Rusiyadan kənd təsərrüfatı üçün zəruri olan azot gübrələrinin idxalı 334% artaraq 167 min tona çatıb. Eyni zamanda, cəmi bir il ərzində Rusiyanın ümumi idxalda payı 5,6%-dən demək olar ki, 18%-ə yüksəlib.

Bu xəbər hal-hazırda çox oxunur
Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol