Ermənilər “Laçın” postundan sərbəst keçir

10:26 - 1 Sentyabr 2023 - GÜNDƏM

 Ermənilər “Laçın” postundan sərbəst keçir

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

BUTA.TV xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol