"Qəbələ" ilk qələbəsini lider üzərində qazandı

20:24 - 2 Sentyabr 2023 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir matçı baş tutub.

BUTA.TV xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.

Beləliklə, ilk qələbəsini qazanan meydan sahibləri 3 xalla sonuncu pillədə qərarlaşıb. Əvvəlki bütün görüşlərdə qalib gələn paytaxt klubu 12 xalla liderdir.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol