Moskvada böyük qaz sızması: insanlar təxliyə olundu

22:02 - 2 Sentyabr 2023 - GÜNDƏM

 Moskvada böyük qaz sızması: insanlar təxliyə olundu

Rusiyanın paytaxtı Moskvanın Şimal Butovo rayonundakı yanacaqdoldurma məntəqəsində böyük qaz sızması baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “İnteroil” yanacaqdoldurma məntəqəsində propan çəlləkinin təzyiqi azaldılıb. Qaz sızmasına səbəb 9 kubluq yeraltı çənin qırıldığı müəyyən edilib. Hazırda ərazi mühasirəyə alınıb, insanlar ərazidən təxliyə edilib.

Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol